İki uşaq anası 45 yaşlı Ceniffer Lopez ərə gedir. Məlumata görə, o həyatını ayrılıb-barışdığı 28 yaşlı sevgilisi ilə birləşdirmək niyyətindədir.

ANS PRESS-in məlumatına görə, nişanlısı rəqqas Kasper Smartın ondan 17 yaş kişik olması CeyLo-nu narahat etmir.

Cütlüyün bərabərliyi 4 ildir ki, davam edir. Bu müddət ərzində onlar xəyanətə görə bir neçə dəfə ayrılıb barışıblar.

Cütlüyün toya hazırlaşdığını Amerikanın "Life & Style" jurnalı yazıb. Toyun bu ilin dekabr ayında Havay adasında baş tutacağı deyilir. Ehtiyat variant kimi isə Puerto Riko seçilib. Müğənninin rəfiqəsi deyib ki, bu Lopezin son toyu olacaq. Belə ki, bundan sonra müğənni ailə qurmağa hazırlaşmır və bu toy möhtəşəm olmalıdır. Cütlük bunun üçün də toya 3 milyon dollar xərcləməyi planlaşdırır.

Bu toy altı yaşlı əkizləri olan Ceniffer Lopezin 4-cü, Kasperin isə ilk nigahı olacaq.

Məşhur müğənni ərə gedir


Mənbə
ANS PRESS