Bakıda iki azyaşlı valideynlər tərəfindən atılıb

Bakıda iki azyaşlı uşaq 20 gün əvvəl bir dayə tərəfindən polisə təhvil verilib.

Metbuat.az-ın məlumatına görə, təqribən 5-6 yaşlarında olan uşaqların valideynləri tərəfindən atıldığı ehtimal edilir.

Onları polisə təhvil verən dayə bildirib ki, uşaqların anası baxması üçün balacaları onun yanına qoyub. Lakin xeyli müddət keçsə də, azyaşlıların anası geri qayıtmayıb.

Qardaş olduqları ehtimal edilən uşaqların ünsiyyət problemi var, amma lal deyillər. Bunu da həmin azyaşlılar sığınacaqdakı uşaqları çağırarkən müəyyən etmək mümkün olub.

Uşaqlarının valideynlərinin axtarışları da heç bir nəticə verməyib.

Azyaşlıların yaxınlarını tanıyanlar sığınacağın (055) 466-08-06 nömrəli qaynar xəttinə zəng edərək məlumat verə bilərlər.

Nazirlikdən yağış və külək XƏBƏRDARLIĞI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR