2019-cı ilin ilk reytinq cədvəli açıqlandı - Millimiz neçəncidir?

2019-cı ilin ilk reytinq cədvəli açıqlandı - Millimiz neçəncidir?
15:22 7 Fevral 2019
87 İdman
Ölkə mətbuatı
A- A+

FİFA milli komandaların 2019-cı il üçün ilk reytinq cədvəlini açıqlayıb.Milli.Az qol.az-a istinadən xəbər verir ki, dekabrla müqayisədə millimizin mövqeyində dəyişiklik olmayıb. Bundan əvvəlki reytinqdən sonra heç bir oyun keçirməyən komanda 1206 xalla 107-ci yerdədir.

Millimizin Avro-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya (1634) 4-cü,  Uels (1525) 19-cu, Slovakiya (1483) 29-cu, Macarıstan (1412) 52-ci pillədə qərarlaşıb.Qeyd edək ki, siyahıya 1727  xalla Belçika başçılıq edir. Fransa 2-ci (1726), Braziliya isə 3-cü (1676) yerdə qərarlaşıb.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/728373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR