"Hədiyyəni göstərmək görməmişlik deməkdir"

Bizlər üçün özəl olan insanlara çox dəyər verdiyimizdən aldığımız hədiyyələrin də özəl və qalıcı olmasına xüsusi diqqət göstəririk.

Əlbəttə hədiyyənin maddi və mənəvi tərəfləri də var.

Məşhurlar göz önündə olduqları üçün zaman-zaman aldıqları hədiyyələrlə müzakirə mövzusu olurlar.

Metbuat.az bu dəfə xanım məşhurlara verilən ən dəyərli hədiyyələr ilə maraqlanıb.

Xanım aparıcı Rövşanə Bektaşı Metbuat.az-a açıqlamasında bildirib ki,çoxdandır hədiyyə almıram, amma qarşıdan sevgililər günü gəlir: “Qarşıdan sevgililər günü gəlir, yəqin ki, sevən insan varsa, hədiyyə verəcək və hədiyyə gözləyirəm. Tanınan insanlara hər zaman gözləmədiyi bir yerdən hədiyyə gələ bilər. Bir hədiyyə ki, könüldən, ruhdan verilir, deməli, ən dəyərli hədiyyədir."

"Hədiyyənin dəyərli olması mənim üçün onun qiyməti deyil" deyən əməkdar artist Röya Ayxan əlavə olaraq bildirib ki, həmin an istədiyim bir şeyi mənə verəndə o, mənim üçün ən dəyərli hədiyyə olur: “Axtardığım hər hansı bir əşyanı bəzən dostlarım həmin an tapıb gətirir mənim üçün, o, mənə ən dəyərli hədiyyədir. Bir də baxırsan tort, şirniyyat keçir ürəyimdən və hansısa dostum alır göndərir”

Baxır hədiyyəni hansı dəyərlə ölçürsən: maddi yoxsa mənəvi ?

Müğənni Sevda Sanəliyeva sözlərinə əlavə olaraq deyib ki, hədiyyələrə maddiyyat tərəfindən baxmıram. "Maddiyyatla gələn hədiyyələri desəm düzgün çıxmayacaq. Mən xoşlamıram bəziləri kimi haralardasa hədiyyələr gəlsin, onları göstərim və ya mənə gələn hədiyyələrin reklamını edim. Mənim üçün ən dəyərli hədiyyə övladlarımdır.”

Müğənni həm də qeyd etdi ki,hədiyyəni göstərmək görməmişlik deməkdir.

Xuraman Şuşalı açıqlamasında bildirib ki,mənim üçün ən dəyərli hədiyyə kecirdiyim xoş günlərdir:“Ad günümdə getdik Şahdağa. Övladlarımla çox gözəl vaxt keçirdik, qarda oynadıq. Bu mənim üçün ən gözəl hədiyyə oldu. Dəyərli olan hədiyyə deyil, vaxtdır.

O ki qaldı maddiyyat baxımından, bu yaxınlarda Türkiyəyə istirahətə getmişdim və orda özümə aliş-veriş hədiyyə etdim.

Bəzi insanlar gedib kreditə girib özlərinə bahalı hədiyyələr alırlar. Mən də bunu etmişəm illər əvvəl. Fikirləşdim ki, özümə hədiyyə almışam, amma gördüm yox, bu, özünü işə salmaqdır. Gecə-gündüz işləyib kredit ödəməkdənsə düşünürəm ki, ən yaxşısı ayağını yorğanına görə uzatmaqdır.”

Fatimə Fətəliyeva düşünür ki, tələbələrinin ona saf ürəklə gətirdiyi hədiyyələr daha dəyərlidir: “Bu yaxınlarda brend bir mağazada qızıl dəsti bəyəndim və bir müddət sonra həmin o dəsti mənə hədiyyə etdilər. Qiyməti isə təxminən 6-7 min manat olar, amma bir də görürsən rəqs məktəbindəki balaca qızlarım məşqlər zamanı mənə evdən qoğal, konfet gətirirlər və ya ürək sözlərini məktubla yazırlar. Bax bu mənim üçün 6-7 min manatlıq dəstdən də dəyərlidir və xoşdur. Sevgi, məhəbbət, diqqət mənim fikrimcə hər şeyə dəyər.

Aparıcı Nanə Ağamalıyeva isə deyib: “Ən dəyərli hədiyyəm uşaqlıqda ailəmin mənə aldığı fortepianodur.”

Sevinc Kərimova/Metbuat.az


"Caz elə bir şeydir ki, gərək ifa edənlər onu yaşasın" - Cavan Zeynallı /MÜSAHİBƏ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR