Bakı. Trend:

"Aeroflot" aviaşirkətinin təyyarəsi hidravlikasında yaranan nasazlıqlara görə Moskvanın Şeremetyevo hava limanında məcburi eniş edib.

Trend-in məlumatına görə, "Sukhoi Superjet 100" təyyarəsi Moskvadan Praqa şəhərinə uçurdu.

Təyyarənin göyərtəsində 5 ekipaj üzvü və 53 sərnişin olub. Xəsarət alan olmayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Moskva
  • məcburi eniş