"Bu məqsəd haqda AFFA rəsmiləri heç nə deməyib" - Yurçeviç

"Bu məqsəd haqda AFFA rəsmiləri heç nə deməyib" - Yurçeviç
12:52 10 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Millimizin baş məşqçi postuna namizəd olan Nikola Yurçeviç "Sumqayıt" - "Qarabağ" görüşünü canlı izləyib. Milli.Az Goal.az-a istinadən xəbər verir ki, xorvatiyalı çalışdırıcı görüşün fasiləsində jurnalistlərin suallarını cavablandırıb.- Azərbaycanda ilk oyuna baxırsız.- Elədir. "Qarabağ" "Sumqayıt"dan yaxşı oyun göstərir. İlk hissənin nəticəsi oyuna görədir.- Rəsmən millimizin baş məşqçisi olmaq üzrəsiz. Azərbaycan futbolu ilə maraqlanırsız?- Yetərincə məlumatlıyam. Başqa çalışdığım yerlərdə Azərbaycan millisinin oyunlarını izləmişəm. İkinci dəfədir Azərbaycandayam. Kifayət qədər məlumat yığmışam. Azərbaycana bağlılığı olan məşqçilərdən hər şeylə maraqlanmışam. Robert Prosineçki və onun köməkçisiylə danışmışam.- Belə məlumatlar var ki, millinin baş məşqçisinin qarşısına AÇ-2020-nin final mərhələsinə vəsiqə qoyulub.- Bu məqsəd haqda AFFA rəsmiləri heç nə deməyib. Məqsədimiz oyundan oyuna artırmaq və daha yaxşı oyun nümayiş etdirməkdir.- Zaman çox azdır. Oyun fəlsəfənizi millimizə aşılaya biləcəksiz? Planlarınız necədir?- Kifayət qədər millidən məlumatlıyam. Vətənimin seçməsini - Xorvatiya yığmasını da yaxşı tanıyıram. Çox danışmaq istəmirəm, çünki heç nə rəsmiləşməyib.- Təlim-məşq toplanışı üçün planınız var?- Ağlımda hansısa fikirlər var. İstəyirəm hər şey dəqiqləşsin. İndi demək çox tezdir.- Deyilənə görə, Azərbaycana xeyli yüklə gəlmisiz. Bu da o deməkdir ki, baş məşqçi postuna təyin ediləcəksiz.- Hər şey müsbətdir. Gözləmək lazımdır.Milli.Az 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/banklar/729245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR