Bolqarıstan 9 ölkədə diplomatik mülkünü satmaq niyyətindədir

Bolqarıstan 9 ölkədə diplomatik mülkünü satmaq niyyətindədir
22:57 11 Fevral 2019
96 Dünya
Ölkə mətbuatı
A- A+

Bolqarıstan 2019-cu ildə diplomatik mülkünü 9 ölkədə satmaq niyyətindədir.Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Sofia Globe" nəşri Bolqarıstanın xarici işlər naziri Ekaterina Zaxaryevaya istinadla məlumat yayıb.E.Zaxaryeva parlamentdə çıxışında bildirib ki, ABŞ, Argentina, Belçika, Yunanıstan, Kanada, Kolumbiya, Nikaraqua, Uruqvay və Finlandiyada Bolqarıstanın diplomatik mülkləri satılması barədə düşünülür. Daşınmaz əmlakın əksəriyyəti saxlanması üçün böyük xərc tələb edən, eyni zamanda, Bolqarıstanın yaxşı vəziyyətdə olmayan xarici ticarət ofisləri və Baş konsulluqlarıdır.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/729600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR