Lempard “Çelsi”yə qayıdışı barədə danışdı

Lempard “Çelsi”yə qayıdışı barədə danışdı
07:05 12 Fevral 2019
93 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin sabiq yarımmüdafiəçisi Frenk Lempard doğma kluba qayıdacağı ilə bağlı məlumatları təkzib edib.Milli.Az oxu.az-a istinadən bildirir ki, hazırda "Derbi Kaunti" klubunda məşqçi işləyən Lempard "Çelsi"yə hörmət etdiyini, lakin London klubuna məşqçi qismində qayıtmaq niyyətində olmadığını bildirib."Mən bu kluba, eləcə də Maurisio Sarriyə hörmət edirəm. "Derbi Kaunti" ilə çox işləyirəm və hazırda "İpsviç"lə oyun barədə düşünürəm", - deyə o vurğulayıb.Qeyd edək ki, bir müddən öncə "Çelsi"nin sahibi Roman Abramoviçin Maurisio Sarrini istefaya göndərmək istədiyi barədə məlumatlar yayılmışdı.Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/729703.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR