Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Pakistan İslam Respublikasının Silahlı Qüvvələri arasında qarşılıqlı faydalı əməkdaşlıq çərçivə­sində Pakistan tərəfinin dəvəti ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti 8-12 fevral 2019-cu il tarixlərdə Pakistan İslam Res­publikasının Karaçi şəhə­rində keçirilən “AMAN-2019” çoxmillətli hərbi dəniz təlim­lərində müşahidəçi qismində iştirak edib.

DSX-dan Metbuat.az-a verilən məlumata görə, 9 fevral tarixində Pakistan Hərbi Dəniz Qüvvələri, Pakistan Milli dəniz işləri İnstitutu, Dəniz siyasəti üzrə milli araşdırma mərkəzinin dəstəyi ilə 8-ci Beynəlxalq dəniz konfransı öz işinə başlayıb.

General Nağıyev Pakistanda hərbi təlim­lərdə

Konfrans çərçivəsində Pakis­tan Hərbi Dəniz qüvvələrinin bazasında yerləşən şəhidlər abidəsinin önünə əklil qoyma mərasimi keçirilib. Xarici ölkələri təmsil edən nümayəndə heyətləri adından general-leytenant Əfqan Nağıyev fəxri qarovulun müşayiəti ilə abidə önünə əklil qoyub.

General Nağıyev Pakistanda hərbi təlim­lərdə

Beynəlxalq dəniz konfransın işində Pakistan İslam Respublikasının Prezi­denti cənab Arif Alvi, Pakistan Hərbi Dəniz qüvvələrinin Baş Qərargah rəisi admiral Zəfər Mahmud Abbasi, digər rəsmi şəxslər iştirak ediblər.

General Nağıyev Pakistanda hərbi təlim­lərdə

Səfər çərçivəsində Pakistan Hərbi Dəniz qüvvələrinin Baş Qərargah rəisi admiral Zəfər Mahmud Abbasi ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyevin təkbə­tək görüşü keçirilib.

General Nağıyev Pakistanda hərbi təlim­lərdə

Görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin Pakistan İslam Respublika­sına rəsmi səfəri zamanı əldə olunmuş razılaşmalardan irəli gələn məsələlər müzakirə olunub.

General Nağıyev Pakistanda hərbi təlim­lərdə

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla