Sərbəst güləş üzrə Azərbaycan yığması növbəti təlim-məşq toplanışına başlayıb

Sərbəst güləş üzrə Azərbaycan yığması növbəti təlim-məşq toplanışına başlayıb
15:52 14 Fevral 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Sərbəst güləş üzrə Azərbaycan yığması bu gün növbəti təlim-məşq toplanışına başlayıb.
"Report" federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yanvarda Rusiyanın Mahaçqala şəhərində hazırlıq keçən komanda bu dəfə ölkənin digər şəhəri olan Kislovodska yollanıb.
Fevralın 27-dək davam edəcək hazırlıq prosesinə baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 16 güləşçi qatılıb. Toplanışda fiziki yükləmələrlə yanaşı, taktiki-texniki hazırlığa da diqqət yetiriləcək.
Qeyd edək ki, müxtəlif səbəblərdən Mahaçqala toplanışını buraxan Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) da Kislovodska yollanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-yigmasi-novbeti-telim-mesq-toplanisina-basladi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR