Şəmkirdə arvadı və qayınanasını öldürməyə cəhd edən şəxslə bağlı cinayət işi başlandı

Şəmkirdə arvadı və qayınanasını öldürməyə cəhd edən şəxslə bağlı cinayət işi başlandı
15:08 15 Fevral 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Şəmkirdə həyat yoldaşı və qayınanasına xəsarət yetirən şəxs barədə cinayət işi başlanılıb.

Şəmkir rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, fevraln 14-də rayonun Kür qəsəbəsi sakini, 1987-ci il təvəllüdlü Elnar Cəfərov aralarında yaranmış mübahisə nəticəsində həyət yoldaşı, 1988-ci il təvəllüdlü İlahə Cəfərovanı və qayınanası, 1957-ci il təvəllüdlü Nailə Əyyubovanı mətbəxdən götürdüyü çapacaqla vuraraq öldürməyə cəhd edib.

Qonşuların səs-küyə hadisə yerinə gəlməsi nəticəsində E.Cəfərov onları öldürə bilməyib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3020111.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR