Ermənistan ordusunda müəmmalı ölüm:

Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölənlərin sayı artmaqdadır. Demək olar ki, hər ay bu orduda bir neçə hərbçi həlak olur. 2019-cu ilin ilk günlərindən başlayaraq bugünə qədər bir neçə nəfər müxtəlif səbəblərdən ölüb və ya öldürülüb. İş o yerə çatıb ki, İrəvanda neçə müddətdir ki, əsgər anaları hökumətə qarşı etiraz aksiyaları keçirirlər.

Yeni qurban- aldığı xəsarətlərdən ölən erməni hərbi qulluqçu Edqar Qriqoryanın valideynləri intihar versiyasına inanmırlar. Bu barədə erməni mətbuatına verdiyi müsahibəsində Qriqoryanın anası Alina Qriqoryan bildirib. Alina oğlunu heç də müdafiə etmək niyyətində olmadığını, həm də Edqarın belə bir addım atacağına da qətiyyən inanmadığını qeyd edib. Eyni vaxtda postda olan 8-9 nəfərin vicdanlarının susduğuna inana bilmədiyini vurğulayan Alina Qriqoryan, onların tez, ya gec cavab verəcəklərini, nəhayət, əsl həqiqəti açıb söyləyəcəklərini bildirib.

Şübhə yoxdur ki, hərbi hissə komandanlığı həmin hərbçilərə susmağı tapşırıb. Lakin Alinanın gətirdiyi əsaslı arqumentlər oğlunun qəsdən öldürüldüyünə dəlalət edir. Hərbi qulluqçunun anası onun aldığı xəsarətin döş qəfəsində olduğunu da qeyd etməklə, bu faktın da intihar hadisəsini inkar etdiyini, məsələ ilə bağlı hazırda istintaq orqanlarının cinayət işi qaldıracaqlarını və hər şeyin üzə çıxacağına inandığını söyləyib. Lakin Ermənistan müdafiə nazirinin çıxışı ölən hərbi qulluqçunun anasını daha da hiddətləndirib. Alina Qriqoryan deyib: “ Müdafiə naziri qeyd edir ki, guya Edqar Qriqoryanın ölüm faktı hərbi xidmətlə əlaqəli deyil. O zaman sual yaranır necə ola bilər ki, hərbi xidmətdə, postda olarkən baş verən ölüm hadisəsi xidmətlə əlaqəli olmasın? Müdafiə naziri qeyd edib ki, hərbi xidmətlə əlaqəli olmadığına görə bu fakta diqqət ayırmayıblar, indi isə kiçik bir xidməti araşdırma aparılır. Araşdırmadan sonra hadisənin başvermə səbəbi, xidmətlə əlaqəsi müəyyən ediləcək”, - deyə ölən əsgərin anası şikayətlənib.

Xatırladaq ki, Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu Edqar Qriqoryan odlu silah yarasından ölsə də, Müdafiə Nazirliyi və ya Ermənistan İstintaq Komitəsi bu barədə məlumat yaymayıb. İstintaq tərəfindən hələlik intihar həddinə çatdırma maddəsi üzrə cinayət işi açılıb.

Qeyd edək ki, Edqar Qriqoryan iş tapa bilmədiyindən ailəsini saxlamaq üçün beş aydır müqaviləli hərbi xidmətə başlamışdı. O, ailənin tək oğlu və üç uşaq atası idi.

Sadəlövh ana hələ də bilmir ki, onun oğlu kimi həlak olanların ölüm faktı İstintaq Komitəsinin müstəntiqləri tərəfindən ya qəsdən gizlədilir, ya da təhrif olunur. Məqsəd qeyri-döyüş şəraitində həlak olanların statistikasını xalqdan gizli saxlamağa xidmət edir. Çünki belə ölümlərin məsuliyyəti birbaşa Ermənistan hakimiyyətinin üzərinə düşür.//İkisahil.com

İşçinin əmək müqaviləsinə xitam verilə bilməz - Bu səbəblər varsa - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR