İsmayıllıda marşrut avtobusu 25 yaşlı qızı vurub öldürdü

İsmayıllıda marşrut avtobusu piyadanı vurub.

Metbuat.az bildirir ki, Trend-in məlumatına görə, hadisə İsmayıllı rayonunun mərkəzində baş verib.

Belə ki, İsmayıllı rayon sakini, 1994-cü il təvəllüdlü Bağıyeva Nərgiz Asif qızı rayonun Heydər Əliyev prospektindəki Uşaq Əyləncə Parkının qarşısında avtobusdan düşüb və yolu keçmək istəyərkən sürücü, 1987-ci il təvəllüdlü Babayev Anar Azər oğlu idarə etdiyi "SAZ" markalı 90-JN-759 dövlət nömrə nişanlı minik avtobusu digər sərnişini mindirmək üçün arxaya sürüb. Nəticədə N.Bağıyeva avtobusun altında qalaraq ölüb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR