Hansı tip qadınlar kişiləri özünə yaxınlaşdırmır...

Hər kəsin tanışları içərisində cəlbedici və sevimli qızlar var, amma bilinməyən səbəblərdən onların əks cins ilə əlaqələri alınmır.

Bu, gözəllərin daxili xüsusiyyətlərinin fərqliliyi ilə bağlıdır, onlara baxanda kişilər sadəcə gedir və qayıtmır.

Kişilər hansı tip qızlardan yan keçirlər?

Qurbanlıq

Belə qız üçün yalnız iki cür adam var: pis və yaxşı. O, həmişə həyatdan, problemlərindən, keçmiş oğlan dostlarından, onu anlamayan yaxın qohumlarından şikayət edəcək. Və həmişə olacaq. O həmişə əziyyət çəkir, hər şey onun üçün həmişə pisdir. Başlanğıcda kişi onun üçün ürəyindən olan biri olacaq. Vay o gündən ki, kişi bir balaca əhv etsin, dərhal o da pis adamlar və xainlər kateqoriyasına göndəriləcək və bütün yaxşı şeyləri unudub, növbəti seçilmiş şəxsə ondan şikayət edəcək.

Şahzadə

Belə bir qız, əmindir ki, o başqalarından yaxşıdır. Bu, onun başqaları ilə hörmətsiz ünsiyyət qurmağına bəhanə verir. İstər ofisiant olsun, istər doğma bacısı. Fərq etməz. Onların hamısı onun zati aliliyindən pisdir. Şahzadələr "təşəkkür edirəm" deməyi bacarmırlar. Bu onların ləyaqətinin altındadır. Əgər münasibətlərdən danışsaq, kişi ona öz hədiyyələrini, güllərini verməli, ən yaxşı restoranlara dəvət etməlidir. Əks halda, o, tezliklə onunla xudahafizləşəcək. Və ya seçdiyi qızın əsil sifətini görüb, birinci gedəcək ki, daha uyğun qız tapsın.

Rəqib

Belə bir qız üçün hər şeydə ən yaxşı olmaq vacibdir. O öz uğur hekayələrinin tarixini və qələbələrini paylaşacaq. İkinci yarısının əldə etdiyi nailiyyətləri bilmək ona maraqlı deyil. Əgər onlar bir işlə məşğuldurlarsa o çalışacaq ki, yaxşı o olsun. Belə qızlar hər zaman rəqabət vəziyyətindədirlər. Kiminlə olması vacib deyil. Əsas rəqabətdir. Bədbəxtlik ondadır ki, belə qızlar öz kişisinin də uğuruna sevinə bilmirlər.Hər kəsdən ən pis, o, insanın uğuruna görə sevinməyə can atmır.

Təlaş uyduran

Beləsi əmindir ki, onun həyatı problemlərlə doludur. avtomobil qırıldı, soyuducuda ərzaq qurtardı, köhnə sevgilisi canını sıxır, pul çatışmır. Bu problemləri həll etmək üçün əlbəttə ki, kişi lazımdır. Onların həyatı -xaos və daimi stressdir. Stresi də spirtli içkilər qəbul etməklə və ya səs-küylü gecə şənliklərlə çıxarmaq istəyirlər. Belə bir qızla həmişə ehtiyatalı olmağınız lazımdır.

Bu, kişilərin qaçdığı bütün qız tipləri deyil. Amma, əks cinsin münasibət qurmaq istəmədiyi bütün qızların əksəriyyəti yuxarıda sadalanan xarakterlərə malikdirlər.

Bir qayda olaraq, kişilər tərk edirlər, çünki onlar başa düşürlər ki, belə şəxslərlə normal bir ailəni qurmaq çətin olacaq.//Moderator.az

Memorial Soyqırım Muzeyindən reportaj / FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR