Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 95 ev alıb

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 95 ev alıb
13:42 18 Fevral 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral REPORT.AZ/ Azərbaycan vətəndaşları 2019-cu ilin yanvar ayı ərzində Türkiyədə 95 ev alıblar. 
“Report”un Türkiyə Statistika İdarəsinin hesabatına əkistinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 ev və ya 46,2% çoxdur.
Bununla da, bu ilin ilk ayı ərzində vətəndaşları Türkiyədə daha çox ev alan ölkələrin sıralanmasında Azərbaycan XI yeri tutub. Hesabata əsasən, I yerdə İraq (605 ev), II yerdə İran (305 ev), III yerdə Rusiya (195 ev), IV yerdə Əfqanıstan (191 ev), V yerdə İordaniya (151 ev), VI yerdə Küveyt (130 ev), VII yerdə Almaniya (119 ev), VIII yerdə Səudiyyə Ərəbistanı (108 ev), IX yerdə Fələstin(103 ev), X yerdə Yəmən (97 ev) vətəndaşları qərarlaşıb.
Qeyd edək ki, ötən il Azərbaycan vətəndaşları Türkiyədə 1 250 ev əldə ediblər. Bu isə illik müqayisədə ev alışında 308 ev və ya 32,7% artım olduğunu göstərir. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/oten-ay-azerbaycan-vetendaslari-turkiyede-95-ev-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR