Krant suyu içənlər, DİQQƏT!

Sağlamlığına diqqət edən insanlar bu gün mətbəxlərində sutəmizləyici filtrlərdən istifadə edirlər.

Azərbaycanda insanlar suyun məişətdə təmizlənməsi vasitələrinə az diqqət yetirsələr də, Avropa ölkələrində əhalinin 80-90 faizi bu filtrlərdən yararlanırlar. Mütəxəssislər də həmçinin krant suyunun əvəzinə həmin qurğular vasitəsilə adi suyu təmizləyib içməyi məsləhət görürlər.

Maraqlıdır, filtrdən keçən su hansı dəyişiklərə məruz qalır?

Ölkədə su filtrlərinin satışı və quraşdırılması işini həyata keçirən “Aqua home” firmasının (aquahome.az) meneceri Emil Hacıyev bildirib ki, su filtrləri əsasən 5 və 6, bəzi hallarda isə 7 və 8 pilləli təmizləmə sistemindən ibarətdir:

“Bunlardan ən effektivi 6 pilləli filtrasiya sistemidir. 1,2,3 filtrlər mexaniki təmizləmə funksiyasını yerinə yetirir. Bunlardan birincisi olan pambıq filtr suda olan 0.5 mikronadək hissəcikləri, yəni suda olan iri hissəcikləri daş, qum, gil və s. özünə yığır.

İkinci pillə aktiv kömür filtridir. Bu da suda olan xlor birləşmələri həmçinin suya qarışan pestisidlər, ağır metallar, dəmir və digər orqanik və ya qeyri-üzvü mənşəli digər maddələri özündə saxlayır.

Üçüncü filtr suda olan 0.1 mikronadək hissəcikləri yığır.

Dördüncü təmizləmə filtri membran adlanır. Onun təmizləmə gücü 0.00001 mikrondur ki təmizləmə effektivliyi 99.8 % təşkil edir.

Beşinci filtr kakos komüründən hazırlanır, bu da membrandan cıxmış suyun dadlı və təravətli qalmasını saxlayır.

Altıncı pillə suyu insan orqanizminə lazım olan minerallarla zənginləşdirir”.

Bəs, filtrdən keçmiş suyla, krantdan gələn suda hansı fərqlər var?

Emil Hacıyev qeyd edir ki, filtrdən keçmiş su ilə krantdan gələn suyun arasında həm dadında, həm də qoxusunda fərq var:

“Krantdan gələn suyun pis dad verməsinə səbəb onun dəmir və plastik borulardan keçməsidir. Amma filtr suyunda buna rast gəlmək olmur. Filtrdən keçmiş suyun dadını bulaq sularıyla müqayisə etmək olar. Filtr suyu ilə krandan gələn suyun başqa bir fərqi isə filtr suyunun heç bir pis və spesifik qoxusunun olmamasıdır. Bu isə onu hər bir ev üçün əvəzedilməz edir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bu suyu İÇMƏYİN! - Mütəxəssislərdən XƏBƏRDARLIQ – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR