Məşhur futbolçu fotolarını bəyənən bu modelə avtomobil bağışladı

“Celta Vigo” futbol klubunun oyunçusu Emre Mor sosial şəbəkədə fotolarını bəyənən modelə avtomobil bağışlayıb.

Metbuat.az ölke.az-a istinadən xəbər verir ki, Emre braziliyalı model Ancelika Perlaya “Mercedes A180” markalı avtomobil göndərib.

21 yaşlı futbolçu pərəstişkarı oldu Ancelikanı bir neçə gün əvvəl sosial şəbəkədə izləməyə başlayıb. Amma model ona əhəmiyyət verməyib. Emre bir neçə gün sonra modelin fotolarını bəyənib və “Hələ ümidim var” mesajını göndərib. Perla isə bu dəfə cavab verib və futbolçunun fotolarını bəyənib.

İspaniya mətbuatının iddiasına əsasən, futbolçu 120 min lirə (40 min manata yaxın) dəyərində olan “Mercedes A180” markalı avtomobili alaraq Ancelikaya göndərib. Gənc model isə Emreyə təşəkkür mesajı göndərib.

Günün ulduz falı - 20 FEVRAL - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR