Rusiyalı və avropalı alimlər Marsda böyük buz ehtiyatı aşkar ediblər

"ExoMars-TGO" Rusiya-Avropa zondu Marsın səthində suyun bölgüsünün detallı xəritəsini tərtib edib və bir neçə böyük su buzu ehtiyatı aşkarlayıb.

Metbuat.az report.az-a istinadən xəbər verir ki, rusiyalı alimlər müşahidələrin nəticələri barədə Moskvada keçirilən Rusiya Elmlər Akademiyasının Kosmos Şurasının növbəti iclasında bildiriblər.

"Marsda, təxminən, üçdə bir su buzundan ibarət bir neçə böyük sahə olduğunu göstərdik. Onlardan ikisi planetin əks tərəfində - şimal və cənub yarımkürəsində yerləşir. Sıfır dərəcə meridianda və planetin ekvatorunda olana "Böyük su ərazisi" adını verdik", - Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunın nümayəndəsi İqor Mitrofanov deyib.

Sabahın hava proqnozu açıqlanıb - RƏSMİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR