Bakıda 17 yaşlı qız itkin düşüb.
Metbuat.az-a daxil olan məlumata əsasən, hadisə fevral ayının 20-də baş verib. Nərimanov rayonunda yaşayan Daşkəsən rayon sakini 2002-ci il təvəllüdlü Maynova Çinarə Binnət qızı yaşadığı evdən çıxıb, bir daha geri qayıtmayıb. Gənc qız sonuncu dəfə 21 fevral saat 12 radələrində ailəsi ilə telefon əlaqəsi yaradaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrosunun yaxınlığında tanımadığı ünvanda olduğunu bildirib, sonra telefonu söndürüb.
Faktla bağlı Bakı şəhər, Nizami RPİ-nin 25-ci Polis Şöbəsində araşdırma aparılır.
Xəyalə Məmmədova / METBUAT.AZ