Əməkdar artist Mehriban Xanlarova "Bizimləsən"də Zaur Baxşəliyevdən bir şəxsin tapılmasında ona kömək olmalarını xahiş edib.
Metbuat.az milli.az-a istinadən xəbər verir ki, məşhur aktrisa həmin qadının 29 il əvvəl bitirdiyi universitetdə birgə təhsil aldığı tələbə yoldaşı olduğunu bildirib:
"1990-cı ildə biz İncəsənət Universitetini bitirmişik. Kəmalə Zeynalova İsa qızını axtarırıq. Tələbə yoldaşımızdır. Kəmalə, çox xahiş edirəm səsimizə səs ver".