Dubay metrosunu robotlar yığışdırmağa başlayıb

Dubay metrosunu robotlar yığışdırmağa başlayıb
21:05 22 Fevral 2019
103 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dubayda robotlar metro stansiyalarında təmizlik işləri görməyə başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Dubayın nəqliyyat və yollar komitəsi süni intellektlə idarə olunan robotları ilk dəfə "Union" metro stansiyasında sınaqdan keçirib.

Test rejimində işləyən təmizləyici texnika ilk gündən onun insandan daha səmərəli işlədiyini göstərib. Bundan əlavə, metronun ərazisini təmizləmək üçün robotlar daha az su sərf ediblər. Belə robotların işləmə zamanı faktiki operator xidmətinə ehtiyac yoxdur və onları müxtəlif təmizləmə rejiminə proqramlaşdırmaq mümkündür.

Təmizləyici aparatlar proqramlaşdırılmış istiqamətdə getməsi və maneələri toqquşmadan keçməsi üçün sensorlarla təchiz olunub. Robotun hündürlüyü - 128 santimetrdir və onun 90 litr su daşımaq imkanı var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/733070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR