FHN-in xilasediciləri Samur-Abşeron kanalında batan şəxsi axtarır
Paylaş
·80 baxış·1 dəq oxu
Bakı. 2 may. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qusar rayonu, Mucuq kəndi ərazisində Samur-Abşeron kanalında bir nəfərin batdığı ehtimal olunur. “Report”un xəbərinə görə, bu barədə FHN-in rəsmi saytı məlumat yayıb. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarışlara başlayıblar. Əlavə məlumat veriləcək.