Bakıda 10 yaşlı uşaq itkin düşüb.

Metbuat.az-a daxil olan məlumata əsasən, hadisə paytaxtın Nizami rayonunda baş verib. Mətanət Rəşid qızı Məmmədova bununla bağlı fevralın 25-i Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edib.

Bildirib ki, oğlu 2009-cu ilə təvəllüdlü Nihad Ceyhun oğlu Qədiməliyev fevral ayının 24-ü saat 14:00 radələrində yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 2 A, mənzil 35 ünvanından çıxaraq bir daha geri qayıtmayıb.

Baş verən hadisəylə bağlı Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-də araşdırma aparılır.

Xəyalə Məmmədova / METBUAT.AZ

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakıda bir sıra yollar bağlanacaq – TIKLAYIN!