Mediada yumurta ilə bağlı yayılan video ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən vətəndaş, Sabunçu rayon sakini Ramil Cəlilovla əlaqə saxlanılıb.

Bu barədə Metbuat.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, vətəndaşın şikayəti rəsmi olaraq qeydiyyata alınaraq aidiyyəti üzrə araşdırılmalara başlanılıb. Araşdırmaların nəticəsində qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

Agentlik vətəndaşlardan xahiş edir ki, qida məhsullarının təhlükəsizliyi ilə bağlı şübhələri yaranarsa məhsulun adı, istehsalçısı, istehsal tarixi,məhsulun alındığı satış müəssisəsinin ünvanını qeyd etməklə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat versinlər.

İNANILMAZ! Hər şey sular çəkiləndən sonra ortaya çıxdı - hamı ora axın edir - Oxumaq üçün tıkla