Polislərin şübhələnib saxladığı taksinin

Türkiyədə şüphəli taksi polislər tərəfindən saxlanılıb.

Elazığ bölgəsində saxlanılan taksinin baqajından şəxsiyyəti, qeydiyyatı və icazəsi olmayan Əfqanıstan qaçqını çıxıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, polislər bu əməlinə görə taksi sürücüsünə 2 min 830 türk lirəsi, qaçqına isə 700 türk lirəsi məbləğində cəza verib.

Taksi sürücüsü əvvəlcə maşının baqajının açılmadığını desə də,o bu əməlini polisdən gizlədə bilməyib.

Belə ki. polis əməkdaşları maşının açarını sürücüdən alaraq baqajı açıb və orada uzanan insanla qarşılaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR