Dünyanın ən sağlam ölkələrinin adları açıqlandı - SÜRPRİZ LİDER VAR

Dünyanın ən sağlam ölkələrinin adları açıqlandı - SÜRPRİZ LİDER VAR
16:13 27 Fevral 2019
Ölkə mətbuatı
A- A+

“Bloomberg” dünyanın ən sağlam ölkələri indeksi siyahısını hazırlayıb.

Publika.az xəbər verir ki, siyahı hazırlanarkən 169 ölkənin orta yaş həddi, ətraf mühit, təmiz su qaynaqları və piylənmə ilə mübarizə kimi faktorları nəzərə alınıb.

Siyahının ilk onluğuna Avropa ölkələri hakimdir. Lakin bundan başqa, Yaponiya, İsrail və Avstraliya da ilk onluğa düşməyi bacarıb.

BMT-nin hesabatına görə, İspaniya ən yüksək orta yaş həddinə malik Avropa İttifaqı ölkəsidir. Bu ölkədə orta yaş həddinin 2040-cı ilə qədər 86-ya çıxması gözlənilir. Bu durumda, İspaniya sözügedən kateqoriyada dünya lideri olacaq. İspaniyanı Yaponiya və Sinqapurun izləyəcəyi təxmin edilir.

Araşdırmaçılar İspaniya və ondan sonra gələn İtaliyanın qidalanma vərdişlərinin ölkələrin sağlamlıq səviyyələrini açıqlaya biləcək əhəmiyyətli bir faktor olduğunu deyir.

Navarra Universitetinin Tibb Fakültəsinin araşdırmalarına görə, sıxma zeytun yağı və fındıq-fıstıq olan pəhriz menyusu sağlam yaşam tərzini dəstəkləyir.

Siyahıda Şimali Amerika ölkələrindən Kanada 16-cı olub. Bu göstərici ilə ABŞ və Meksikanı geridə qoyub. Kuba 35, ABŞ isə 40-cı yerdə qərarlaşıb. ABŞ-da orta yaş həddinin aşağı olması, kəskin dozada narkotik qəbulu və artan intiharlar bu nəticəyə gətirib çıxarıb.

Asiyada cənubi Koreya əvvəlki siyahıya nisbətən 7 pillə birdən yüksəlib. 1,4 miyard əhalisi olan Çin isə 52-ci pillədədir. Onu bir pillə ilə Türkiyə qabaqlayır.

Siyahının ən aşağı sıralarında Afrika ölkələri var. Son 30 pillədəki ölkələrin 27-si Afrika səhralığında yerləşənlərdir. Digər 3 ölkə isə müharibələrin əsəri Əfqanıstan və Yəmən, bir də Haitidir.

Siyahının ilk onluğu belədir:

İspaniya – 92,8

İtaliya – 91,6

İslandiya – 91,4

Yaponiya – 91,4

İsveçrə - 90,9

İsveç – 90,2

Avstraliya – 89,8

Sinqapur – 89,3

Norveç – 89,1

İsrail – 88,2

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/271049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR