Avstraliya mənşəli Hollivud aktrisası Nikol Kidman bildirib ki, kino sənayesində qadınların nüfuzunu artırmaqla bu sahədə prioritetləri dəyişdirmək niyyətindədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, aktrisa bunu ABC şirkətinə rejissor Karin Kusamın "Dağıdıcı" adlı yeni filmdə onun roluna həsr olunmuş müsahibəsində bildirib. Qeyd edək ki, N.Kidman bu filmdə oynadığı rola görə "Qızıl qlobus" mükafatına namizəd irəli sürülüb.

N.Kidman deyib: "Kino sənayesində qadınların mövqeyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər mənim üçün boş sözlər deyil. Mən özümə söz vermişəm ki, hər 18 aydan bir qadın rejissor və prodüserlərdən təklif qəbul edəcəyəm".

Milli.Az