"Report"un məlumatına görə, 32 yaşlı baş hakim PAOK - "Atromitos" matçını idarə edəcək. Martın 10-da keçiriləcək qarşılaşmada Ağayevə yan xətt hakimləri qismində həmyerliləri Akif Əmirəli və Rza Məmmədov kömək edəcək.
"Tumba" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:15-də başlanacaq.