8 Mart qadınların günüdür.

O qadınlar ki, onlar bizim həmkarımızdır, dostumuzdur, anamızdır, bacımızdır, sevdiyimizdir, canımızdır, canımızın bir parçalarıdır.

Qadınlar olmayan bir dünya təsəvvür olunmaz.

Qadınlar bizim aydınlığımızın çıraqlarıdır.

Bütün qadınlar, gününz mübarək, həmişə var olun!

Metbuat.az saytında hazırda çalışan bütün xanımlar isə bizim bel sütunumuzdur.

***

Günay Elşadqızı- xarizmatik, peşəkar, çalışqan.

İstəkləri uğrunda və uğur üçün həyatın ən dramatik üzünü də nokaut etməyə qadirdir.

Yaxşı ki varsız, QADINLAR!

Xəyalə Məmmədova- səmimi, mehriban, istedadlı.

Xəyalə təkcə yaxşı jurnalist deyil, həm də təbəssümü ilə əclaf yaşam şərtlərini diz üstə çökdürəcək qızdır.

Yaxşı ki varsız, QADINLAR!

Aysel Yaqubqızı- güclü, çalışqan, məsuliyyətli.

Aysel bacarıqlı jurnalist olmaqla bərabər, həm də qərarlı və qətiyyətli qadın obrazının zirvəsidir.

Yaxşı ki varsız, QADINLAR!

Günay Sadıxova- soyuqqanlı, təmkinli, əzmkar.

Günay Sadıxova qısa müddətdə yaxşı jurnalist olmağı bacarmaqdan əlavə sakitliyi və qanacağı ilə indi çox insana lazım olan iradə anlayışının canlı simvoludur.

Yaxşı ki varsız, QADINLAR!

Sevinc Kərimova- sonbeşik, şirin, mübariz.

Sevinc qısa zamanda özünü təsdiqləməklə yanaşı, adaptasiya qabiliyyəti və mehribanlığı ilə ürəkləri güldürən dəyərli qadındır.

Yaxşı ki varsız, QADINLAR!

***

Sabahın nə olacağı bilinməz.

Qadınlar sabahımızın işığıdır.

Qoy işığımız sönməsin!

Tural İsmayılov/ Metbuat.az