Sabirabadda maşın mağazaya çırpıldı - Ölən və xəsarət alan var

Sabirabadda maşın mağazaya çırpıldı - Ölən və xəsarət alan var
17:57 8 Mart 2019
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, martın 7-də saat 21 radələrində Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində Şıxlar kənd sakini M.Əliyev idarə etdiyi "BMW" markalı avtomobili yolun kənarında olan mağazanın dıvarına vurub. Nəticədə sürücü və 1 sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/737264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR