Azəri qızı Günel ana olmaq arzusundan danışıb.
Milli.Az gecce.az-a istinadən bildirir ki, nişanlısı ilə münasibətləri sual altında olan sənətçi ailə qurmaq istəyini dilə gətirib.
“Ana olmağı çox istərdim. Xüsusilə də. Qız uşağım olsun istəyərdim. Gərək toy olsun ki, uşaq da dünyaya gəlsin. Qismət... “
Günel Zeynalova Elnur Hüseynovun qələbəsindən və Türkiyənin Azərbaycan sənətinə olan heyranlığından da söhbət açıb.
“Mən çox sevindim ki, Elnur birincilik qazandı. Çox gözəl səsi var. Nə gözəl ki, Azərbaycandan belə səslər çıxır. İlk Zeynəb Xanlarova Türkiyəyə getmişdi. Orda çox tanınır.
Sonra mən getdim. Məndən sonra Azərbaycanı sevməyə başladılar. Hər çıxdığım proqramda öz dilimdə danışmağa üstünlük vermişəm. Bəzi sənətçilərimiz türkcə danışmağa çalışırdılar. Onlar gülüş obyektinə çevrilirdilər.”
Milli.Az