Almaniya Bundesliqasının 25-ci turunda keçirilir "Hannover" - "Bayer Leverkuzen" matçında maraqlı hadisə baş verib.

Milli.Az xəbər verir ki, qarlı havada oynanılan görüşdə meydan sahiblərinin hücumçusu Genki Haraquçi qapıçıyla təkbətək çıxıb.

Yaponiyalı futbolçu qapıçını keçib topu boş qapıya vurub. Lakin meydanın qarlı olması səbəbindən top qapıdan keçməyib.

Qeyd edək ki, qarşılaşma "Bayer Leverkuzen"in 3:2 hesablı qələbəsiylə başa çatıb.

Elçin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Almaniya çempionatında maraqlı hadisə - Qar qola imkan vermədi - VİDEO Almaniya çempionatında maraqlı hadisə - Qar qola imkan vermədi