Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova ana olmaq istəyir.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "Onlar" verilişinə açıqlamasında deyib:

“Uşaqları çox sevirəm. Allah mənə də ana olmaq qismət etsin. Qızım olmasını arzulayıram. Amma hələ bunun üçün toy olmalıdır. Namizədləri gözləyirəm”.

G.Zeynalova qardaş ölkədə yayıma başlayan “Səsi gözəl” verilişindən danışıb. O, yarışmada münsif olan türkiyəli ifaçı Sibel Canın ondan kömək istədiyini bildirib:

“Sibel Can mənə zəng etdi ki, verilişdə gözəl səs yoxdur, bizə kömək et. Azərbaycanda səsinə güvənən kim varsa, bizim verilişə qatılsın. Hətta mənə telefon nömrəsi də verib. Hətta istedadlı səs tapmaq üçün özünün belə Bakıya gələcəyini bildirib. Bizdə gözəl səsi olan gənclər çoxdur. İlk dəfə Türkiyədə Zeynəb Xanlarovanı tanıdılar və sevdilər. Daha sonra isə məni gördülər. Mən verilişlərə qatılanda Azərbaycan dilində danışırdım. Bu da onların xoşuna gəlirdi. İndiki sənətçilər gedib türk dilində danışmağa başlayırlar. Onlar da bunu ələ salırlar".