“Report” TASS-a istinadən xəbər verir ki, bunu Venesuela Milli Qvardiyasının Urenye sərhəd keçidində dayanan nümayəndəsi deyib.
"Martın 11-dən [bazar ertəsindən] bəzi kateqoriyalı vətəndaşlar üçün piyada [Kolumbiyaya] keçid bərpa olunub", - deyə o bildirib.
Qvardiya nümayəndəsinin sözlərinə görə, sərhəddən Kolumbiya tərəfə iki minə yaxın insan keçib.
Kolumbiya fevralın sonunda Venesuela ilə sərhədi bağladığını elan edib.