Bir neçə dəqiqədir ki, "Facebook" və “Instagram” sosial şəbəkələrinin işində problem yaranıb.

Metbuat.az-ın məlumatına görə, "İnstagram"da səhifəni yeniləmək olmur. "Facebook"da isə bəzi istifadəçilər link vasitəsilə paylaşım edə, status paylaşa və şərh yaza bilmirlər.

Hələlik şirkətlər tərəfindən bu barədə rəsmi açıqlama verilməyib.

Sərdar Məmmədov / Metbuat.az