"Dənizlərin plastik kütlələrlə zibillənməsi gələcəkdə
bir sıra çətinliklər yaradacaq. Hesablamalar göstərir ki, bu
prosesin qarşısı alınmazsa, 2025-ci ildə bu kütlələrin dənizdə
həcmi balıqların həcmindən çox olacaq".
Publika.az xəbər verir ki, bu sözləri Kanadanın Avropa
Birliyində xüsusi səfiri Stefan Dion VII Qlobal Bakı Forumunda
Davamlı inkişaf problemləri panelində çıxışı zamanı deyib.
S.Dion bildirib ki, bu sahədə ciddi addımlar atılmalıdır, əks
təqdirdə çox şey itirəcəyik.
“Hər bir ölkə Parisdə üzərinə götürdüyü öhdəlikləri yerinə
yetirməlidir. Elm də bunu bizdən tələb edir. Orta illik
temperaturun hər il nə qədər artması bizim gələcək nəsillərin
həyatına birbaşa təsir edəcək. Neft, qaz və kömür yandırmaqdan vaz
keçməliyik. Hələ də bu məhsullardan istifadə ümumi enerjidən
istifadənin 85 faizini təşkil edir”.
Sloveniyanın keçmiş prezidenti (2007-2012) Danilo Truk bildirib ki,
bu gün ən vacib problemlərdən biri dünyada içməli su
problemidir:
“Hazırda dünyada 2 milyard insanın təmiz suya çıxış imkanı yoxdur.
Növbəti illərdə bu 2 milyon da arta bilər. Bu problemin həlli
üzərində ciddi düşünməliyik. Hesab edirəm ki, çıxış yolu regional
əməkdaşlıqdır. Seneqal çayı üzərində dörd Afrika ölkəsi yerləşir.
Suyun bölüşdürülməsi üçün razılıq əldə etməsi bu ölkələrin su
problemi həll edir. Gələcəklə bağlı nikbin fikir səsləndirməkdən
uzağam, lakin dayanıqlı inkişaf üçün qarşılıqla əməkdaşlıq
qurulmalıdır”.
Gülxar