Ərdoğan: Ankara S-400-lərdən imtina etməyəcək

Ərdoğan: Ankara S-400-lərdən imtina etməyəcək
05:15 15 Mart 2019
123 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ankara Rusiyanın S-400 zenit-raket komplekslərinin almaqdan imtina etməyəcək.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan bildirib: "S-400-lərin alınmasında imtinadan söhbət belə gedə bilməz".

Ölkədəki iqtisadi vəziyyətə toxunaraq dövlət başçısı qeyd edib ki, dünyada iqtisadiyyatında artan problemlərə baxmayaraq, bu ilin ikinci kvartalından sonra Türkiyə iqtisadiyyatı müsbət artım tempi göstərəcək: "Böhranlar geridə qaldı. 2019-cu ildə Türkiyə daha yüksək inkişaf səviyyəsinə çıxacaq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3033258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR