“TÜRKSOY-un I Beynəlxalq simulyasiyası” layihəsinin açılış mərasimi keçirilib

15 mart 2019-cu il tarixində Gənclər Paytaxtı Şamaxıda “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “TÜRKSOY-un I Beynəlxalq simulyasiyası” layihəsinin açılış mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, tədbir iştirakçıları öncə Şamaxı rayonunda 130 türk şəhidinin şərəfinə ucaldılmış "Türk şəhidliyi" abidəsini ziyarət ediblər.

Sonra “ASAN Könüllüləri” Təşkilatının fəaliyyət istiqamətləri, həyata keçirilən müxtəlif fərdi inkişaf yönümlü və sosial əhəmiyyətli layihələr, tədbirlər barədə məlumat verilib. Həmçinin “TÜRKSOY-un I Beynəlxalq simulyasiyası” layihəsinin türkdilli dövlətlərin gənclərinin inkişaf etdirilməsi, mədəni və ideoloji əlaqələrin möhkəmləndirilməsi istiqamətində xüsusi əhəmiyyəti vurğulanıb.

15-17 mart 2019-cu il tarixini əhatə edəcək layihənin məqsədi müxtəlif türk dövlətlərindən olan gənclərin vahid ideologiya ətrafında birləşmələrini təmin etməkdir. Qədim və bənsərsiz tarixə malik türk mədəniyyətinin nümayiş olunacağı “TÜRKSOY I Beynəlxalq simulyasiyası” layihəsində iştirakçılar tərəfindən mədəni inkişaf sahəsindəki xalqların problemləri və onların həlli yolları müzakirə olunacaq, qanun layihələri hazırlanacaq. Həmçinin ölkələrin mədəniyyət nümunələri də sərgilənəcək.

Layihədə 6 müxtəlif ölkə, 8 türk topluluğundan olan 20, qeydiyyatdan keçmiş və müsahibə mərhələsi uğurlu hesab edilən isə 30 olmaqla, ümumilikdə 50 gənc iştirak edir.

Sabah 21 dərəcə isti olacaq - Proqnoz açıqlandı- Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR