Bakı-Quba yolunda qəza

Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda qəza baş verib.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında olub.

Şahidlərin sözlərinə görə, şəhər istiqaməti ilə hərəkətdə olan "Niva" markalı avtomobil dəmir arakəsməyə dəyərək yuvarlanıb.

Qəzada xəsarət alan sürücü təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Sabah 21 dərəcə isti olacaq - Proqnoz açıqlandı- Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR