“Yuventus” rəsmisindən azarkeşlərə Mbappe vədi

“Yuventus” rəsmisindən azarkeşlərə Mbappe vədi
18:37 16 Mart 2019
148 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasında "Atletiko"nu mübarizədən kənarlaşdıran "Yuventus", növbəti mövsüm üçün transfer hazırlıqlarına başlayıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "qoca sinyora" mövsümün sonunda PSJ-nin futbolçusu Kilian Mbappeni heyətinə qatmaq üçün hərəkətə keçəcək. "Atletiko" ilə oyundan sonra bir qrup "Yuventus" azarkeşi ilə görüşən klubun idman direktoru Fabio Paraticinin Mbappenin transferi üçün tərəfdarlara söz verdiyi bildirilir.

Paris təmsilçisi ilə 2022-ci ilədək müqaviləsi olan fransalı futbolçu, bu mövsüm iştirak etdiyi 33 oyunda 29 qolla yadda qalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/739442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR