Avropa İttifaqı Prezidentin əfv sərəncamını

Avropa İttifaqı (Aİ) Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı ilə əlaqədar aralarında siyasi partiya, qeyri-hökumət təşkilatları üzvləri, bloger və jurnalistlərin də olduğu 400-dən çox məhbusu əfv etməsini alqışlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisinin mətbuat katibinin bəyanatında deyilir.

Bildirilir ki, Aİ Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq gələcəkdə də oxşar addımları davam etdirəcəyini gözləyir:

“Aİ əməkdaşlığı, eyni zamanda əlaqələrimizin vacib elementlərindən olan insan haqları sahəsində əlaqələri inkişaf etdirmək üçün Azəbaycanla işləməyə davam edəcək".

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR