Bakıda Qaradağ-Digah magistral qaz kəmərində sızma olub.

Metbuat.az trend.az-a istinadən xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində Bakının bir hissəsinə qaz təchizatı dayandırılıb: "Gecə saat 01 radələrində baş vermiş sızma ilə əlaqədar Bakının Xətai və Nizami rayonlarına qaz təchizatı dayandırılıb. Artıq sızma aradan qaldırılıb və qazın verilişi bərpa olunub".

Günün qoroskopu - Bədbinliyə qapılmayın - Oxumaq üçün tıkla