Bakıda güclü külək ağacı kökündən çıxararaq maşınların üstünə atdı

Bakıda əsən güclü külək nəticəsində ağac iki avtomobilin üzərinə aşıb.

Metbuat.az trend.az-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə Bakının Nərimanov rayonu, Təbriz küçəsi 105 ünvanında baş verib. Ağac "Prado" və "BMW" markalı avomobillərin üzərinə aşaraq onların damını zədələyib. Hazırda şöbənin əməkdaşları hadisə yerindədirlər.

O.Məmmədov aşan ağacın sağlam küknar olduğunu və onun kökündən çıxdığını da söyləyib.

Xatırladaq ki, hazırda Bakı və Abşeron yarımadasında güclü külək əsir.

Günün qoroskopu - Bədbinliyə qapılmayın - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR