Tovuzda “ZİL” aşdı

Tovuz rayonunun Əsrik-Cırdaxan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, martın 17-də saat 17 radələrində Tovuz rayonunun Əsrik-Cırdaxan kəndi ərazisində kənd sakini Əfqan Quliyev idarə etdiyi “ZİL” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin Əli Abbasov hadisə yerində ölüb.

Tovuz RPŞ tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR