“Qara yazı” serialının çəkiliş heyəti maraqlı addım atıb.

Metbuat.az xəbər verir ki, serialın çəkiliş heyətinin rəsmi “İnstagram” səhifələrində keçirdiyi müsabiqə nəticəsində bəzi izləyicilər çəkiliş meydançasına gəlib.

Çəkiliş zamanı aktyorlarla görüşən izləyicilər maraqlı anlar yaşayıb.

Qeyd edək ki, “Qara yazı” serialı həftəiçi hər gün 21:15-də ATV telekanalında yayımlanır.