Hikmət Hacıyev Almaniyada görüş keçirib

Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya bölməsinin direktoru, səfir Mixael Zibertlə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə PA rəsmisi “Twitter” səhifəsində məlumat yayıb.

Bildirib ki, görüş zamanı qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

H.Hacıyev, həmçinin Almaniyaya səfəri çərçivəsində bu ölkənin Prezident Administrasiyasından həmkarları ilə görüşəcək, Almaniya parlamentində Cənubi Qafqaz mövzusunda çıxış edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR