Xorvatiya Azərbaycana qarşı hazırlıqlara başladı - FOTOLAR

Xorvatiya Azərbaycana qarşı hazırlıqlara başladı - FOTOLAR
10:33 19 Mart 2019
64 İdman
Ölkə mətbuatı
A- A+

AÇ-2020-nin seçmə mərhələsininin ilk oyununda millimizlə qarşılaşacaq Xorvatiya yığması artıq hazırlıqlara başlayıb.

Publika.az xəbər verir ki, komanda geniş azarkeş kütləsinin qarşısında məşq edib.

İlk oyun həyəcanını mətbuatla bölüşən futbolçular yüksək səviyyədə hazırlaşdıqlarını bildiriblər. Hücumçu Andrey Kramariç qeyd edib ki, Azərbaycan yığıması ilə ağır oyun gözləyir:

“Rəqib bizə qarşı aqressiv olacaq. Matça ən yaxşı səviyyədə köklənməliyik. Bizim üçün asan olacaq deyə bilmərik. Həm Azərbaycanla ev matçına, həm də Macarıstanla səfər görüşünə ciddi yanaşmalıyıq. Lakin matçların maraqlı olacağına inanıram”.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan qarşılaşması martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/273144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR