"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Xorvatiya yığmasının futbolçusu Luka Modriç Azərbaycan millisi ilə keçirəcəkləri 2020-ci il Avropa çempionatının seçmə qrup matçından əvvəl "Maksimir" stadionundakı mətbuat konfransında deyib. 34 yaşlı yarımmüdafiəçi bildirib ki, rəqibin fərqi yoxdur: "Motivasiya hər zaman yüksək səviyyədə olur. Bununla bağlı problem yaşayacağımızı düşünmürəm. Rəqibimizi tam ciddiyə alırıq".
Daha sonra yığmanın kapitanına Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının mükafatı təqdim olunub.