Azərbaycanın Serbiyadakı səfirliyində Novruz qeyd edilib (FOTO)

Azərbaycanın Serbiyadakı səfirliyində Novruz qeyd edilib  (FOTO)
07:55 21 Mart 2019
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın Serbiyadakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə Belqradda keçirilən “Azərbaycan Milli Mətbəxi” həftəsi çərçivəsində Novruz bayramı münasibətilə tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumatına görə, tədbirdə Serbiyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan Mədəniyyət Mərkəzi və Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin əməkdaşları, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Parlamentin Serbiya Azərbaycan Dostluq Qrupunun sədri və üzvləri, ölkəmizin “AzVirt” şirkətinin nümayəndələri, səfirliyin əməkdaşları, eləcə də Serbiyada çalışan, təhsil alan azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə Novruz bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqına təbriki oxunub.

Sonra Səfir Eldar Həsənov tədbirdə çıxış edərək, Novruz bayramı münasibətilə səfirliyin qonaqlarını, Serbiyada yaşayan həmvətənlərimizi və Novruz bayramını qeyd edən xalqları təbrik edib.

Tədbirdə “Azərbaycan Milli Mətbəxi” həftəsi çərçivəsində Belqradda səfərdə olan, Azərbaycan Milli Kulinariya Assosiasiyasının idarə heyətinin üzvü, usta aşpaz Ziya Şahbazovun hazırladığı milli yeməklərimizdən ibarət bayram süfrəsi açılıb, Azərbaycan xalqının milli adət-ənənələrinə uyğun olaraq, masalara xonça və səmənilər düzülüb.

Daha sonra Azərbaycan-Serbiya parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Katarina Rakiç çıxış edərək milli bayram münasibətilə Azərbaycan xalqını təbrik edib və firavanlıq arzulayıb.

Mərasim milli musiqi və rəqslərlə davam edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3035843.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR