Futbol üzrə Azərbaycan milli komandası bu gün 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin oyununa çıxacaq.

Publika.az xəbər verir ki, E qrupunda ilk turun görüşündə rəqib Xorvatiya yığması olacaq.

Zaqrebdəki "Maksimir" stadionunda təşkil olunacaq qarşılaşmanı bolqarıstanlı baş hakim Georgi Kabakov idarə edəcək.

Meydan sahibləri bugünkü görüşə itkilərlə çıxacaqlar. Azərbaycan millisində isə Aleksey İsayevdən başqa itki yoxdur.

AVRO-2020, seçmə mərhələ

21 mart

E qrupu

23:45. Xorvatiya - Azərbaycan

Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Divan Valkov, Nikola Popov (hamısı Bolqarıstan)

Zaqreb, "Maksimir" stadionu